Dünya

Moskvada ermənilərin konserti zamanı partlayış həyəcanı, izləyicilər təxliyə edildi

29 Yanvar 2023 21:52
Baxış: 892

Rusiyanın paytaxtı Moskvadakı "İzmailovo" konsert zalının işçiləri və qonaqları partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib.

Bu barədə Rusiyanın fövqəladə hallar xidmətindən bildirilib.

"İzmailovo" konsert zalında partlayış təhlükəsinin olması ilə bağlı anonim məlumat daxil olub. Təhlükəsizlik məqsədilə işçilər və ziyarətçilər təxliyə edilib", - agentliyin mənbəyi bildirib.

Mütəxəssislər binanı və konsert zalına bitişik ərazini partlayıcı əşyaların və ya maddələrin olub-olmadığını yoxlayırlar.

Qeyd edək ki, bu gün saat 18:00-da "İzmailovo" konsert zalında erməni rəqs məktəbinin konserti başlayıb.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics