Dünya

Qəzza zolağından İsrailə 2 raket atılıb

27 Yanvar 2023 08:39
Baxış: 1 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 26-dan 27-nə keçən gecə Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, raketlər ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək zərərsizləşdirilib.

Qeyd edək ki, bir müddət öncə gecə saatlarında ordunun mətbuat xidməti İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın bir neçə əraziyə hava hücumu sirenlərinin işə salındığını bildirmişdi. Həyəcan siqnalının Aşkelon şəhərində, Zikim və Kərmiyə qəsəbələrində elan edildiyi qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.