Dünya

“Google” 12 min işçini ixtisar etməyə hazırlaşır

21 Yanvar 2023 15:40
Baxış: 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google"un "Alphabet" aparıcı şirkəti 12 min işçisini ixtisar etməyə hazırlaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu rəqəm qlobal işçi qüvvəsinin 6 faizindən çoxunu təşkil edir.

Bununla bağlı şirkətin CEO-su Sundar Piçai işçilərə məktub yollayıb. O, məktubda bu qərarı verməyə məcbur olduğunu və məsuliyyət daşıdığını bildirib.

Bundan əvvəl isə "Amazon", "Microsoft" və "Meta" ("Facebook") şirkətləri də ixtisarlar barədə açıqlamalar vermişdi.

"Bu addım xərclərimizi tənzimləmək və mövcud kapitalımızı daha məhsuldar sahələrə yönəltmək məqsədi daşıyır", - deyə CEO Piçai qeyd edib.

"Bizim süni intellekt sahəsində qarşımızda fürsətlər var", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.