Dünya

Anqlikan kilsəsi eynicinsli nikahlara xeyir-dua verəcək

19 Yanvar 2023 16:13
Baxış: 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Anqlikan Kilsəsinin (Church of England) yepiskopları altı illik kilsədaxili müzakirələrdən sonra İngiltərə Kilsəsinin kahinlərinin eynicinsli cütlüklərlə evlənməsinə icazə verəcək təşəbbüsü dəstəkləməkdən imtina etdilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, eyni zamanda, çərşənbə günü kilsənin saytında yayılan bəyanatda qeyd olunur ki, LGBT icmasının nümayəndələri tezliklə öz vətəndaş birliyi üçün kilsədən xeyir-dua ala biləcəklər.

Sənəddə deyilir: "Bu gün təqdim olunan tarixi planlara əsasən, eynicinsli cütlüklər ilk dəfə kilsəyə gələrək vətəndaş nikahlarına və ya sivil əməkdaşlılğa görə təşəkkür edib, Tanrının xeyir-duasını ala biləcəklər".

Sənəddə qeyd olunur ki, nəzərdən keçirilən təkliflərə uyğun olaraq, "eynicinsli cütlüklər hələ də Anqlikan Kilsəsinin kilsələrində nikaha girə bilməyəcəklər", lakin vətəndaş nikahı bağlandıqdan sonra ər-arvad xeyir-dua üçün dualar oxunacaq xüsusi kilsə xidməti sifariş edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.