Dünya

F-16-lar ən tezi 5 ilə gələcək: Türkiyə gözləyəcəkmi?

18 Yanvar 2023 08:49
Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə F-35 hərbi təyyarələrinə qarşılıq olaraq başqa bir ölkə ilə müqavilə bağlaya bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli araşdırmaçı yazarı Metexan Dəmir bildirib.

Ekspert söyləyib ki, Türkiyə ABŞ-dan F-16 qırıcılarını ən tezi 2028-ci ildə alacaq, buna görə də Britaniyanın hərbi təyyarələri ilə maraqlana bilər:

"Digər tərəfdən, ABŞ Türkiyəyə qarşı F-35-lərlə bağlı başqa addımlar da ata bilər. Üzərində zabitlərimizin adı olan təyyarələr başqa ölkələrin səmasında uçur. F-35-lərə sahib olmaq bizim hüququmuzdur".

Qeyd edək ki, ötən gün ABŞ administirasiyası Konqresə Türkiyəyə F-16 qırıcı təyyarələrinin tədarükü ilə bağlı sorğu ünvanlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.