Dünya

Makron Əlcəzairdən üzr istəməyəcək

12 Yanvar 2023 08:14
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Əlcəzairdən üzr istəməməlidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa lideri "Le Point" qəzetinə müsahibəsində deyib.

Makron iki ölkəni barışdırmaq yolunda birgə səyləri davam etdirmək üçün əlcəzairli həmkarı Abdelmacid Tebbunu Parisdə qəbul edəcəyinə ümid bəsləyir.

"Mən üzr istəməyə ehtiyac görmürəm. Məsələ bu deyil. Belə jest bütün əlaqələri qıra bilər", - deyə Fransa lideri bildirib.

Qeyd edək ki, Fransanın Əlcəzairdə müstəmləkəçilik siyasəti yürüdüb, yerli xalqa qarşı qətliam törədib.
Dəhşətli qətliam Əlcəzairin 1 milyon 500 min vətəndaşının ölümü ilə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.