Dünya

Rusiyada səfərbərlik elan oluna bilər - General

11 Yanvar 2023 15:38
Baxış: 1 887
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada gələcəkdə münaqişələrin miqyasına görə səfərbərlik ehtiyatını artıra bilər. Ehtiyat hərbçilər də məhz bunun üçün nəzərdə tutulub, lakin hər şey münaqişələrin miqyasından asılı olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov deyib.

Generalın fikrincə, Rusiya genişmiqyaslı müharibə olacağı təqdirdə səfərbərlik ehtiyatından tam imtina edə bilməyəcək.

Qeyd edək ki, Rusiya parlamentinin aşağı palatasının müdafiə komitəsinin üzvü, general-leytenant Andrey Qurulev bildirib ki, Rusiya "Polşanın müdaxiləsi halında" və Qərb hərbçilərinin qarşısını almaq üçün səfərbərlik ehtiyatını artırmalıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.