Dünya

Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirib

9 Yanvar 2023 23:59
Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına daha iki şəxs və üç təşkilat əlavə edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Məhdudiyyətlərin İranda davam edən insan hüquqları pozuntuları ilə əlaqədar tətbiq olunduğu vurğulanır. Siyahıya "Mətbuat Müşahidə Şurası" və "İranskaya qazeta" daxildir.

Bundan əvvəl Kanada İrandakı etirazlar fonunda İranda onlarla fiziki və hüquqi şəxsi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) üzvlərini iqtisadi sanksiyalar siyahısına daxil edib. Bundan əlavə, "Shahed" və "Mohajer-6" pilotsuz uçuş aparatlarını istehsal edən "Shahed Aviation Industries" və "Qods Aviation Industries" Kanada sanksiyalarına məruz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.