Dünya

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə!

5 Yanvar 2023 21:41
Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il Həcc ziyarətinə getmək istəyən Səudiyyə Ərəbistanında yaşayan müsəlmanlar artıq Həcc ziyarəti üçün müraciət edə bilərlər.

Bunu ölkənin Həcc və Ümrə Nazirliyi yanvarın 5-də "Twitter" səhifəsində bildirib.

Qurum Səudiyyə Ərəbistanında zəvvarlar üçün 2023-cü il Həcc ziyarətinə müraciət mövsümünün açıldığını bəyan edib.

Nazirlikdən bildirilib ki, insanlar Həcc ziyarəti üçün nazirliyin saytı vasitəsilə müraciət edə bilərlər.

Həmçinin bildirilir ki, yerli zəvvarlar Həcc ziyarətinə icazə aldıqdan sonra onlayn püşkatma sistemi vasitəsilə təsadüfi seçiləcəklər.

Qeyd edək ki, bir qədər sonra Nazirliyin əcnəbi zəvvarların da müraciətlərinin qəbuluna başlayacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.