Dünya

Rusiya bu ölkələrlə təlimə hazırlaşır

4 Yanvar 2023 08:46
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrika Respublikası, Rusiya və Çin bu ilin fevralında Afrikanın cənub sahilləri yaxınlığında Hind okeanında birgə hərbi dəniz təlimləri keçirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Cənubi Afrika Milli Müdafiə Qüvvələri məlumat yayıb.

Təlimlər fevralın 17-dən 26-dək Cənubi Afrikanın Kvazulu-Natal əyalətinin sahilyanı rayonlarında keçiriləcək.

İlkin planlara görə, Rusiya burada iki döyüş gəmisi ilə təmsil olunacaq.

Qeyd edək ki, təlimlər, xüsusən, artilleriya atəşi və hava hücumundan müdafiə əməliyyatlarının inkişafını təmin edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.