Dünya

AKP: PKK-nı birbaşa Fransa maliyyələşdirir

2 Yanvar 2023 23:23
Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PKK terror təşkilatının ən güclü şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri də Fransadır. Onların fəaliyyəti Fransa tərəfindən birbaşa himayə olunur. Dəfələrlə bu ölkədə terror təşkilatının bayraqları və simvolları ilə aksiyalar keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik söyləyib.

"Terror adlı ilanı kim qoruyursa, o ilan da sabah onu sancır. Gəlin, heç bir ayrı-seçkilik etmədən terror təşkilatları ilə birgə mübarizə əsasında əməkdaşlıq edək", - deyə Çelik bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.