Dünya

Moskvada ictimai nəqliyyatda gediş haqqı artıb

2 Yanvar 2023 08:43
Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada ictimai nəqliyyatda gediş haqqı tarifləri yanvarın 1-dən etibarən artırılıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə paytaxtın Nəqliyyat Departamenti məlumat yayıb.

Xüsusilə, "Troyka" kartında yerüstü nəqliyyat, metro üzrə bir səfər 50 rubla qədər bahalaşıb və "Vahid" biletdə bir səfərin qiyməti indi 62 rubl təşkil edir.

Bundan əlavə, 2023-cü il yanvarın 1-dən avtomobillərin daşınması və saxlanması xərcləri 12% indeksləşdirilib. Avtomobil xüsusi dayanacaqdan qəbul edilməmişdən əvvəl evakuasiya pulunu ödəsəniz, köçürmə və saxlama üçün 25% endirim olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.