Dünya

17 yaşlı gənc keçmiş müdirini məsciddən çıxarkən GÜLLƏLƏDİ

2 Yanvar 2023 07:10
Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə məsciddən çıxarkən keçmiş müdirini öldürən 17 yaşlı gənc gətirildiyi məhkəmə tərəfindən həbs edilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,Türkiyənin Bursa şəhərində baş verən hadisədə gəncin qətl törətməsinə səbəb kimi keçmiş müdirindən pulunu ala bilməməsi olduğu öyrənilib.

İddiaya görə, şübhəli şəxs 17 yaşlı A.İ. məscidə gələn Cafer Aydını çıxışda gözləməyə başlayıb. Gənc oğlan 65 yaşlı kişini məsciddən çıxarkən tapança ilə 6 dəfə atəş açaraq yaralayıb. Güllələr Cafer Aydının ayağına və sinəsinə dəyib. Ağır yaralanan Aydın təcili yardım maşını ilə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hadisə yerindən qaçan şübhəli A.İ. tapançası ilə məsciddən 800 metr aralıda yaxalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.