Dünya

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

31 Dekabr 2022 15:49
Baxış: 1 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 29-da dünyasını dəyişmiş braziliyalı əfsanəvi futbolçu Pelenin anası Selesta Arantes oğlunun ölümündən xəbərsizdir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə keçmiş hücumçunun bacısı Maria Lusia do Naskimento məlumat verib.

O, anasının Pelenin vəfat etdiyini bilmədiyini söyləyib: "Biz onunla danışırıq, amma vəziyyəti bilmir. O, öz aləmindədir. Mən Pelenin adını çəkəndə və "biz onun üçün dua edəcəyik" deyəndə gözlərini açır. Lakin dediklərimin fərqində deyil".

Qeyd edək ki, Selesta Arantes ötən ay 100 yaşını qeyd edib. Pele 82 yaşında vəfat dünyasını dəyişib. Əfsanəvi forvard yanvarın 3-də dəfn olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.