Dünya

Rusiya UEFA-dan ayrılır? - Qərar dekabrın 27-də ELAN OLUNACAQ

24 Dekabr 2022 20:46
Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Futbol Federasiyası UEFA-nı tərk edərək Asiya Futbol Konfederasiyasına keçmək qərarını dekabrın 27-nə qədər təxirə saldığını açıqlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ukraynanın işğalı ilə əlaqədar Rusiya millisi və Rusiya komandaları UEFA-nın təşkilatlarında iştirakdan uzaqlaşdırılıb.

Qadağanın qısa müddətdə aradan qaldırılmayacağına əmin olan Rusiya vaxt itirməmək üçün UEFA-dan ayrılıb Asiya Futbol Konfederasiyasına keçməyi düşünürdü. Rusiya Futbol Federasiyası bu məsələ ilə bağlı qərar vermə prosesini dekabrın 27-dək təxirə saldığını açıqlayıb.

Qeyd edək ki, qadağa zamanı Rusiya millisi Qırğızıstan, Tacikistan və Özbəkistanla bir yoldaşlıq oyunu keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.