Dünya

Çin Rusiyaya yardımdan imtina edir - Ekspert

23 Dekabr 2022 13:32
Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kremlin "dost" hesab etdiyi Çin faktiki olaraq Rusiyaya köməkdən və onu texnologiya ilə təmin etməkdən imtina edir. Bununla yanaşı, Pekin Moskvadan nefti 30% endirimlə satmağı tələb edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri amerikalı diplomat Maykl Makfol deyib.

O bildirib ki, Çin Rusiyaya qarşı sanksiyaları qeyri-ictimai şəkildə dəstəkləyir və Kremlə texnologiya verməkdən imtina edir:

"Onlar çox sakitdirlər, Putinə yardım etmirlər. Texnologiyadan danışırıqsa, bu, olduqca vacibdir. Çünki çinlilərdə texnologiya var, lakin onu vermirlər. Əgər Rusiyanın belə müttəfiqləri varsa, düşünürəm ki, Kreml dünyadakı mövqelərinə yenidən baxmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.