Dünya

Spiker naziri danladı - VİDEO

16 Dekabr 2022 12:03
Baxış: 1 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırğızıstanın Joqorku Keneşinin (ölkə parlamenti) dünənki iclasında spiker Nurlanbek Şakiyev təbii sərvətlər və ekologiya naziri Dinara Kutmanovanı sərt məzəmmət edib.

Nazir duman haqda məlumatı rəsmi dildə bildirməməyə başladığına görə onu danlayıb.

"Sizə dövlət dilindən başqa dildə məlumat verməyə kim icazə verib?" - spiker soruşdu.

"Deputatlar, spiker" - nazir cavab verdi.

"Hansı deputat? Kim?" - Şakiyev dəqiqləşdirdi.

"Siz" - nazir söyləyib.

"Nə vaxt? Bu haqda ancaq indi eşidirəm. Burada qaydalar belədir, dövlət dilində hesabat vermək lazımdır. Heç soruşmayın", - deyə spiker bildirib.

"İcazə versəniz, davam edim" - Kutmanova cavab verdi.

"Dövlət dilində danışın" - Şakiyev bildirib.

"Qırğız dilində? Yaxşı" nazir söyləyib və Qırğızıstanın dövlət dilində hesabat verməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.