Dünya

Bəbir yeddi yaşlı uşağı bacısının gözü qarşısında parçaladı

13 Dekabr 2022 20:18
Baxış: 1 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Uttar Pradeş ştatında bəbir bacısının gözü qarşısında yeddi yaşlı uşağa hücum edərək onu parçalayıb.

Milli.Az bildirir ki, иu barədə "News 18" məlumat yayıb.

Axşam saatlarında yeddi yaşlı Lavkuş Yadav böyük bacısı Dipa ilə şəkər qamışı plantasiyasından qayıdıb. Birdən bəbir ona hücum edib. Dipanın fəryadını eşidən ətrafdakı sakinlər əllərində çubuqlarla qaçaraq gəliblər, lakin o vaxta qədər yırtıcı uşağı öldürməyə müvəffəq olub və hadisə yerini tərk edərək yoxa çıxıb. Hadisə yerinə gələn polis oğlanın öldüyünü müəyyən edib.

Bəbirin kəndə qayıdacağı ehtimalı ilə bağlı meşə təsərrüfatı idarəsinin nümayəndələri ərazidə patrul xidməti təşkil edib. Sakinlərə qrup halında gəzmələri tövsiyə olunub.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.