Dünya

Bank işçisi manyak çıxdı - 400 qadının...

13 Dekabr 2022 16:27
Baxış: 3 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sinqapurda bank işçisi qadınların ətəklərin altını videoya çəkib. O, yalnız kameranı kişinin ətəyinin altına tuşlayarkən yaxalanıb.

Milli.Az bildirir ki, bu barədə "Asia One" xəbər verib.

2018-ci ilin əvvəlində 43 yaşlı bank işçisi Leonard Tan Sun Huey ictimai nəqliyyat stansiyalarında, qatarlarda və Sinqapurun "Marina Bay" bölgəsindəki iş yerində qadınların ətəkləri altında gizli videolar çəkməyə başlayıb. Cəmi 18 ay ərzində o, mobil telefondan istifadə edərək 400-dən çox video çəkib. Qurbanların bir çoxunun şəxsiyyəti hələlik müəyyən edilməyib.

5 sentyabr 2019-cu il tarixində Tan eskalatorda gedərkən başqa bir qurbanı - qadın paltarı geyinmiş 33 yaşlı kişini gördü. "Təqsirləndirilən şəxs ona yaxınlaşaraq eskalatorda arxasında dayanıb. O, telefonla iki video çəkib", - prokurorun müavini Coşua Fanq bildirib.

Hadisə şahidi baş verənlərə diqqət çəkərək polisə xəbər verib. Bundan sonra Tan saxlanılıb və ondan iki mobil telefon götürülüb. Məhkəmə prosesində o, qadınların namusunu alçaltmada iki, təqibdə isə bir fakt üzrə təqsirli bilinib və 8 ay müddətinə azadlıqdan məhrum edilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.