Dünya

Almaniya dövlət çevrilişi cəhdindən sonra silahla bağlı qanunu sərtləşdirir

11 Dekabr 2022 20:21
Baxış: 1 056
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyada dövlət çevrilişinə cəhddən sonra silahla bağlı qanunu sərtləşdirməyə qərar veriblər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser tviterdə məlumat yayıb.

"Ən azı 1 050 reyxsburqçunun (Almaniyadakı "Reyx vətəndaşları" millətçi hərəkatının üzvləri - red.) silah lisenziyası ləğv edilib", - nazir qeyd edib.

Feser yaxın vaxtlarda silah gəzdirmək haqqında qanunun sərtləşdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, dekabrın 7-də Almaniya polisi sağ ekstremistlərin planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.