Dünya

Anasından küsüb deyə qohumlarını yandırdı

1 Dekabr 2022 20:11
Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Kemerovoda məhkəmə 40 yaşlı kişi və 55 və 28 yaşlı qadınları qətlə yetirən 36 yaşlı yerli sakini 22 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Rusiyalı qadın Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "a,c,e,f" bəndləri ("Qətl") və 167-ci maddəsinin ("Əmlakı qəsdən məhv etmə və ya zədələmə") 2-ci hissəsi ilə təqsirli bilinib. O, cəzasını cəzaçəkmə müəssisəsində çəkəcək.

Məlumata görə, 2019-cu ilin sentyabrında xilasedicilər fərdi evdə baş vermiş yanğını söndürdükdən sonra iki nəfərin meyitini aşkar ediblər. Digər 55 yaşlı qadın xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Ekspertiza bunun yandırma olduğunu göstərdikdən sonra hüquq-mühafizə orqanları təqsirkarı saxlayıb. O, günahını boynuna alıb və uzun müddət anasından incidiyini bildirib. Həmin gün məhkum spirtli içki içib və pərdələri yandıraraq yaxınlarını qorxutmaq qərarına gəlib. Qeyd olunub ki, o, kiçik bacısının xəstə olduğunu və yeriyə bilmədiyini bilib. Yanğınsöndürənləri qonşular çağırıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.