Dünya

10 gün əvvəl ən xoş gününü yaşamışdı, bədbəxt hadisədə öldü

30 Noyabr 2022 20:24
Baxış: 1 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Samsun vilayətində ova gedən 32 yaşlı Özgür Gevrekoğlunu iti öldürüb.

Milli.Az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Müstəntiqlərin fikrincə, ovdan sonra itin sahibi dolu silahı maşının baqajına qoyarkən, tullanan it pəncəsi ilə tətiyi sıxıb. Silahın yaxın məsafədən atəş açması nəticəsində Gevrekoğlu dərhal hadisə yerində ölüb.

Ovçu dövlət xəstəxanasına aparılıb, daha sonra ölümünü bildirdikdən sonra meyiti yarılma üçün əyalət paytaxtına göndərilib. Hadisədən bir müddət əvvəl Gevrekoğlu bir neçə itlə ovdan fotolar yayımlayıb. Onun ölümünə hansı itin səbəb olduğu hələlik məlum deyil. Qeyd olunub ki, kişi ölümündən on gün əvvəl ata olub.

Gevrekoğlunun ölümü ilə bağlı polis və prokurorluq orqanları araşdırma aparıb. Hadisə bədbəxt hadisə kimi qiymətləndirilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.