Dünyada hər saat 5 nəfərdən çox qadın öldürülür - BMT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birləşmiş Millətlər Təşkilatının (BMT) hazırladığı "Qadın və qızların gender əsaslı qətlləri" adlı hesabatda ötən il dünyada hər saatda 5-dən çox qadın və ya qızın qohumları tərəfindən öldürüldüyü bildirilib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hesabatda bir çox qadın və qızlar evdə belə təhlükəsiz olmadıqları vurğulanır.
BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsi və Qadın Təşkilatı tərəfindən "Qadın və qızların gender əsaslı qətlləri" adlı hesabat 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündən əvvəl dərc edilib. Qadınlara və qızlara qarşı zorakılığın dünyada ən çox rast gəlinən insan hüquqları pozuntularından biri olduğu vurğulanan hesabatda zərif cinsin nümayəndələrinin öz evlərində öldürülmə riskinin daha çox olduğu bildirilir.
Qeyd olunur ki, keçən il dünyada qətlə yetirilən 81 min qadın və qızdan 45 min nəfəri, təxminən 56 faizi həyat yoldaşı və ya digər ailə üzvləri tərəfindən öldürülüb. Hesabatda bir çox qadın və qızın evlərində belə, təhlükəsiz olmadıqları diqqətə çatdırılır.
Hesabatda son 10 ildə dünyada törədilən qadın cinayətlərinin sayında ciddi dəyişiklik olmadığı, qadınlara qarşı zorakılıqla mübarizənin kifayət qədər aparılmadığı və təcili olaraq daha güclü tədbirlərin görülməsi lazım olduğu vurğulanır.
Hesabatı BMT-də fəaliyyət göstərən jurnalistlərə təqdim edən BMT-nin Qadınlar Təşkilatının Proqram, Siyasət və Hökümətlərarası Şöbəsinin direktoru Sarah Hendriks bildiib ki, qadınlara və qızlara qarşı törədilən gender əsaslı qətlləri dayandırmaq üçün qadın qətllərinin riskləri araşdırılmalı və törədilən cinayətlərin qarşısının alınması üçün daha effektiv müdaxilə zəminləri hazırlanmalıdır.
Qadınlara və qızlara qarşı hər hansı zorakılıq aktının, o cümlədən gender əsaslı qətllərin qaçılmaz olmamasının vurğulandığı hesabatda zorakılığın qurbanı olan qadınların tez bir zamanda müəyyən edilməsi, dəstəklənməsi və qorunmasının vacibliyi vurğulanır. Hesabatda problemin köklü səbəblərini aradan qaldırmaq üçün cəmiyyətdəki struktur gender bərabərsizliyinin aradan qaldırılması və zərərli kişi davranışlarının qarşısının alınması və buna səbəb olan sosial qaydaların transformasiyası tövsiyə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Kalaşnikov”la 3 dəqiqəyə lüks mağazanı soydular - 1 milyonluq brilyant oğurlandı - (Video)
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
Dondurucu soyuqlar gəlir - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir





