Dünya

Sabah 80 yaşı tamam olan Bayden ad gününü necə keçirəcək?

19 Noyabr 2022 15:00
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Co Bayden ad gününü bazar günü, noyabrın 20-də ailəsi ilə qeyd etmək niyyətindədir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pier cümə günü keçirdiyi növbəti brifinqdə bildirib.

"Birinci xanım bazar günü prezidentin ad gününü ailəsi ilə qeyd etmək üçün səhər yeməyi hazırlayacaq. Adətən bunu Şükran günündən əvvəl çərşənbə günü qeyd edirlər. Amma həftə sonu ailəsi burada olduğunda birlikdə qeyd olunacaq"- deyə o, jurnalistin sualını cavablandırıb.

Noyabrın 20-də Baydenin 80 yaşı tamam olacaq. Şükranlıq günü ABŞ-da bu il noyabrın 24-də qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.