Dünya

Avropaya istirahətə yollanan turisti polis döydü - Səbəb təəccübləndirir

18 Noyabr 2022 06:44
Baxış: 1 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın Tenerife adasında həyat yoldaşı və uşaqları ilə istirahət edən britaniyalı turisti polis səhvən onu məşhur qatillə qarışdıraraq saxlayıb.

Milli.Az bildirir ki, bu barədə "The Sun" yazıb.

34 yaşlı Din Evans ailəsi ilə birlikdə Kanar adalarına dincəlməyə gedib. Belə ki, tətil günlərinin birində gecə saatlarında turistlərin otel otağına soxulan polis, onun həyat yoldaşı və iki uşağının gözü qarşısında səyahətçini Avropadan gələn eyni adlı qatil ilə səhv salaraq britaniyalını saxlayıb.

Turistin sözlərinə görə, polis onu soyundurub, sonra döyərək 10 saat müddətə kameraya salıb. İstintaqı çaşdıran digər oxşarlıq isə iki kişinin eyni doğum tarixi olub. Evansın özünə bəraət qazandırmaq cəhdləri heç nəyə gətirib çıxarmayıb - hüquq-mühafizə orqanlarının əməkdaşları britaniyalın övladlarını heç vaxt görməyəcəyi ilə hədələyiblər.

Səhv ertəsi gün səhər tezdən üzə çıxıb: Evans barmaq izləri cinayətkarların məlumat bazasındakı barmaq izləri ilə uyğun gəlmədiyi üçün polis idarəsindən buraxılıb. Qeyd olunub ki, əsl cinayətkar, onun da adı-soyadı Din Evans olub, 2018-ci ildə İspaniyadan ekstradisiya edilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.