Dünya

İstanbulda terakt törədən qadının evindən çıxanlar... - FOTOlar

15 Noyabr 2022 09:43
Baxış: 4 016
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində partlayış törətməkdə şübhəli bilinən Suriyaəsilli Ahlam Albashırın evində axtarış aparılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Albashırın evində aparılan axtarışlar zamanı 3 min 800 dollar, 5 min avro və 10 min lirə və çoxlu qızıl-zinət əşyaları ələ keçirilib.

Bundan başqa, hadisə ilə əlaqadar daha iki nəfər saxlanılıb. Bununla da saxlanılanların sayı 48-ə çatıb.

O da məlum olub ki, Ahlam İstanbula ər-arvad qiyafəsində kişi terrorçu ilə gəlib. Albashıra təxminən 1 kilo partlayıcı verərək İstiqlal küçəsinə göndərdiyi müəyyən edilən kişi terrorçu hər yerdə axtarılır. 

Qeyd edək ki, terror hadisəsi zamanı 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.