Dünya

Polkovnik-leytenant qəlyanxanada öldü

14 Noyabr 2022 18:30
Baxış: 7 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada, Yakutiyada polis polkovnik-leytenantı özəl mühafizə təşkilatının əməkdaşları ilə münaqişədən sonra qəlyanxanada ölüb.

Milli.Az bildirir ki, bu barədə öz mənbəsinə istinadən REN TV öz Telegram kanalında yazıb.

Polisin vəzifədə olmadığı dəqiqləşdirilib. Müəssisədə o, digər qonaqlarla mübahisə edib, lakin münaqişə həll olunub. Amma qəlyanxananın mühafizəçiləri həmin şəxsi müəssisədən buraxmayıb, üzünə qaz balonunu sıxıb yerə yıxıb və əlini qandallamaq üçün üzərinə yıxılıblar.

Nəticədə polis dünyasını dəyişib. Ölümün səbəbi hələlik məlum deyil. Mühafizə təşkilatının əməkdaşları saxlanılıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.