Dünya

Aİ və beynəlxalq banklar bu məsələ üçün bir milyard avro ayırır

11 Noyabr 2022 22:53
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı və beynəlxalq banklar Ukraynadan taxıl ixracı üçün bir milyard avro ayırır.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə bildirib.

Lyayen qeyd edib ki, Dünya Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının qoşulduğu bu maliyyə tranşının 250 milyon avrosu Avropa İttifaqı tərəfindən ayırılacaq.

O, vurğulayıb ki, bu pullar, xüsusən də məhsul daşıyan yük maşınlarının gözləmə müddətini azaltmaq üçün Moldova ilə sərhəddə yolların təmirinə və sərhəd-keçid məntəqələrinin inkişafına yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.