Dünya

Abdullahian Quttereşə: Tehran Rusiyaya PUA göndərməyib

11 Noyabr 2022 07:50
Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin "Telegram" kanalında məlumat verilib.

Tərəflər Ukraynadakı vəziyyət və Tehranla nüvə sazişinin bərpasına dair danışıqlar üzrə fikir mübadiləsi aparıblar.

Hüseyn Əmir Abdullahian İranın Atom Enerjisi Təşkilatı ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında texniki dialoqdan danışaraq, tərəflərin əməkdaşlığını məqsədəuyğun adlandırıb.

Bundan əlavə, Abdullahian BMT-nin baş katibinə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına dair Vyanada aparılan danışıqlar çərçivəsində İran və ABŞ arasında məlumat mübadiləsi haqqında məlumat verib.

İranın xarici işlər naziri bir daha vurğulayıb ki, Tehran Ukraynadakı hərbi əməliyyatlar zamanı istifadə üçün Rusiyaya pilotsuz uçuş təyyarələri göndərməyib.

Bundan əlavə, İranın XİN başçısı bir sıra Qərb ölkələrinin ölkəsindəki etirazlarla bağlı mövqelərini və hərəkətlərini tənqid edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.