Dünya

"Ukrayna ərazilərinin azad edildiyini görmək ümidvericidir"

9 Noyabr 2022 23:23
Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Görürük ki, ukraynalılar rus qoşunlarını cənubda - Xerson ətrafında da geri otuzdura bilirlər".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşdən sonra jurnalistlərə bildirib.

"Biz bu bəyanatı eşitdik, lakin təbii ki, gözləyəcəyik və nə baş verdiyini görəcəyik. Rusiya əvvəlcə şimaldan Kiyev ətrafında sıxışdırıldı, sonra şərqdə Xarkov ətrafında və yavaş-yavaş görürük ki, ukraynalılar rus qoşunlarını cənubda - Xerson ətrafında da geri otuzdura bilirlər. Beləliklə, cəsur Ukrayna hərbçilərinin Ukrayna ərazilərini azad etdiyini görmək ümidvericidir, Ukrayna silahlı qüvvələrinin əldə etdiyi qələbələr, nailiyyətlər cəsur, qorxmaz Ukrayna əsgərlərinə məxsusdur. Lakin təbii ki, onların Böyük Britaniyadan, NATO müttəfiqlərindən və tərəfdaşlarından aldıqları dəstək də vacibdir. Beləliklə, bu səhər burada - Böyük Britaniyada gördüyüm Ukrayna hərbçilərinin təlimi də daxil olmaqla, verdiyimiz bütün dəstək vacibdir, bu dəstək davam edəcək. Xerson ətrafındakı vəziyyətə gəlincə isə bu, Ukraynanı dəstəkləməyə davam edəcəyimiz mesajıdır" - deyə Stoltenberq vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.