Dünya

Kreml bu haqda susur, İran isə təbliğ edir – Səbəb

9 Noyabr 2022 14:24
Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hökumətinin nəzarətində olan media Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Tehrana gəlişini qəsdən təbliğ edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

"Patruşev İranın ballistik raketlərinin mümkün satışını müzakirə etmək üçün İrana gedib. Lakin Moskva onun səfərini hələ təsdiq etməyib. İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Patruşevi dəvət edib və qeyd edib ki, Patruşev Rusiya-İran münasibətlərini müzakirə etmək üçün İranın digər yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə də görüşəcək. İran Patruşevin gəlişini beynəlxalq diqqəti Moskva ilə Tehran arasında dərinləşən əməkdaşlığa cəlb etmək, habelə yüksək rütbəli bir rus məmurunun Ukraynaya qarşı müharibədə kömək üçün İrana müraciət etdiyini dolayısı ilə vurğulamaq üçün təbliğatını aparır. Tehran, çox güman ki, Moskva ilə strateji tərəfdaşlıqda, xüsusən də Kremlin İsrail və Səudiyyə Ərəbistanı kimi vaxtaşırı işlədiyi İranın regional düşmənləri qarşısında yenidən tarazlığın bərpa olunmasını açıq şəkildə bildirmək istəyir", - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.