Dünya

Türkiyədə sərnişinin zarafatına görə təyyarə təcili eniş etdi

6 Noyabr 2022 09:37
Baxış: 1 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Trabzon-İstanbul reysini həyata keçirən Türk Hava Yolları təyyarəsində sərnişinin zarafatı böyük çaxnaşmaya səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Trabzon Hava Limanından havaya qalxan TK-2835 nömrəli "Boeing B737-900" tipli təyyarədə bələdçidən su istəyən sərnişinlərdən biri "Əgər mən əlimdəki stəkanı yerə atsam, partlayacaq", -  deyə zarafat edib.

Bələdçi hadisəni pilota çatdırıb. Sonuncu isə İstanbul Hava Limanının hərəkəti idarəetmə qülləsi ilə əlaqə saxlayıb və təcili eniş tələb edib.

Təyyarə heç bir problem olmadan hava limanına enib. Polis göyərtədə axtarış aparıb və heç bir təhlükəli vasitə aşkar etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.