Dünya

Xersonda komendant saatı elan edildi

4 Noyabr 2022 23:48
Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın ilhaq etdiyi Xerson vilayətində bir günlük komendant saatı elan edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Xerson vilayət rəhbərinin müavini Kirill Stremousov deyib.

Bildirilib ki, Xersonda komendant saatı elan edilən zaman Rusiyanın ilhaq etdiyi Donetskdə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücumlar həyata keçirilib. Donetskdən verilən açıqlamada Ukraynanın hücumları zamanı Makiivka və Horlivka ilə yanaşı, Donetsk mərkəzinə də 26 top mərmisinin düşdüyü bildirilib. Bu hücumlar zamanı can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.