Dünya

Burgerə görə adam öldürdülər

3 Noyabr 2022 17:08
Baxış: 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Nijni Novqorod vilayətində 39 yaşlı əlil 60 rubl dəyərində oğurlanmış burgerə görə yeniyetmələr tərəfindən şiddətlə döyülərək dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Kişi komaya düşüb və bir neçə gün reanimasiyada yatsa da, həkimlər onu xilas edə bilməyiblər. O, özünə gəlmədən dünyasını dəyişib.

Hadisə oktyabrın sonunda olub. Şəbəkədə bir qrup gəncin səkidə uzanmış kişini necə söyüb güldüyünü əks etdirən video yayımlanıb.

Hadisə şahidlərinin sözlərinə görə, polis hadisə yerinə gələndə yeniyetmələr uzun müddət onu ələ salıb və qaçıblar. Hücum edən üç nəfər saxlanılıb. Onlardan böyüyünün 20, digər ikisinin hər birinin 15 yaşı var. Birincisi istintaq təcridxanasına göndərilib, azyaşlı təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb.

Mərhumun dostları onun əlillik təqaüdü ilə tək yaşadığını, psixi problemləri olduğunu, çox güman ki, buna görə də pul verməyi unudaraq piştaxtadan burger götürdüyünü bildiriblər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.