Dünya

Bu ölkədə evində isti geyinənlərə bonus veriləcək

2 Noyabr 2022 17:32
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya hökuməti ev təsərrüfatlarından və təşkilatlardan qış mövsümündə elektrik enerjisinə qənaət etmələrini istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaponlardan göstərilən müddət ərzində bütün lazımsız elektrik cihazlarını və işıqlandırmanı söndürmələri, həmçinin evdə isitmə temperaturunu azaltmaq üçün isti paltar geyinmələri xahiş olunub.

Qeyd edək ki, Yaponiyada isitmə üçün əsasən məişət kondisionerlərindən istifadə olunur.

Sakinlərin qənaətə təşviq etmək üçün həvəsləndirici tədbirlər də nəzərdə tutulub. Belə ki, 2021-ci ilin qışı ilə müqayisədə elektrik enerjisi istehlakını 3% azalda bilənlər bonus alacaqlar.

Qənaət xahişi 1 dekabr 2022-ci il tarixindən 31 mart 2023-cü il tarixinədək etibarlı olacaq. Bununla belə, bu istək icbari xarakter daşımır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.