Dünya

Polşada vətəndaşlar müharibəyə hazırlaşır

2 Noyabr 2022 09:46
Baxış: 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa hərbçiləri Ukrayna münaqişəsinin Polşaya sıçrayacağı halda vətəndaşlara necə atəş açmağı və vəziyyətdən necə sağ çıxmağı öyrətməyə başlayıblar.

Qeyd olunur ki, polyaklar "Ordu ilə məşq edin" pulsuz təlimlərinə getdikcə daha çox yazılmağa başlayıblar. Dərs bir gün davam edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, peşəkarlar sıravi vətəndaşlara qumbara atmağı, avtomatla işləməyi, hətta bıçaq və ağcaqayın qabığı ilə ocaq qalamağı nümayiş etdirirlər.

Eyni zamanda hərbçilər özləri də qeyd edirlər ki, bir gündə vətəndaşlardan əsgər hazırlamaq mümkün deyil, lakin münaqişə zamanı silahla işləmə bacarığı işə yarayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.