Dünya

Siqaretə görə birgə yaşadığı qadının başına oyun açdı

1 Noyabr 2022 03:31
Baxış: 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Arxangelsk vilayətində 45 yaşlı birgə yaşadığı qadını qətlə yetirən 49 yaşlı yerli sakin saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Svetlana Tarnayeva məlumat verib.

Məlumata görə, oktyabrın 28-də Severodvinsk şəhərinin Arktiçeskaya küçəsindəki mənzildə birgə yaşayanlar içki içiblər. Daha sonra müttəhim bıçağı götürərək zərərçəkmişin döş qəfəsinə və mədə nahiyəsinə bir neçə bıçaq zərbəsi vuraraq ağır yaralayıb. Qadın xəstəxanada dünyasını dəyişib.

Şübhəli şəxs günahını boynuna alıb və bildirib ki, qadın ondan siqaret xahiş edib, lakin kişi verməyib. Daha sonra qadın kişini təhqir etməyə başlayıb və bu, müttəhimi qəzəbləndirib.

Fakta görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə iş başlanıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.