Dünya

“Donetskdə 300-ə yaxın rusiyalı hərbçi məhv edilib” - Ukrayna Baş Qərargahı

29 Oktyabr 2022 10:57
Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Donetsk vilayətinin Mayorsk rayonunda hücuma hazırlaşan 300-ə yaxın rusiyalı hərbçini məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, sanitar aviasiyanın qeyri-sabit işləməsi, Belqorod vilayətinin tibbi infrastrukturunun olmaması və xəstəxanaların 100 % dolması səbəbindən Rusiya yaralıları avtobuslarla yaxınlıqda yerləşən Voronejə təxliyə etməyə məcbur olub.

Qeyd edilib ki, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Vodyanoe, Kamenka və Nevelskoye yaşayış məntəqələrində Rusiya Silahlı Qüvvələrinin hücumlarını dəf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.