Dünya

Covid-19-un iki yeni variantı aşkar edildi

28 Oktyabr 2022 21:54
Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Covid-19-un iki yeni variantının aşkar edildiyini açıqlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumatda, "Omicron" variantının bir çox alt versiyalarının yayıldığı qeyd olunub.

Açıqlamada, gələcək tədqiqatlar üçün Covid-19 virusunun "Omicron" variantının alt versiyasına "BQ.1" və "XBB" adlarının verildiyi bildirilib.

UKHSA rəsmisi Mira Çand, ""SARS-CoV-2"nin yeni variantlarının ortaya çıxması gözlənilməz deyil. "BQ.1" və "XBB" variantları narahatlıq doğuran növ kimi müəyyən edilməyib. UKHSA həmişə olduğu kimi vəziyyəti diqqətlə izləyir", - qeyd edib.

O, variantlara qarşı ən yaxşı müdafiənin Covid-19-a qarşı hazırlanmış peyvəndlər olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.