Dünya

İtaliyada bıçaqlı hücumda 1 nəfər ölüb, “Arsenal”ın futbolçusu yaralanıb - FOTO

28 Oktyabr 2022 07:48
Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Milan şəhərində ticarət mərkəzində bıçaqlı hücum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hücumu törədən şəxs 5 nəfəri bıçaqlayıb.

Yaralı şəxslərdən biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Həmin şəxsin supermarketin işçisi olduğu bildirilir.

"LaPresse" qəzetinin məlumatına görə, yaralılardan biri də İngiltərənin "Arsenal" klubunun İtaliyanın "Monza" komandasına icarəyə verdiyi ispaniyalı futbolçu Pablo Maridir.

P.Mari və digər iki yaralının vəziyyətinin ağır olduğu açıqlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.