Dünya

Giorgia Meloni yeni hökumət proqramını açıqladı

25 Oktyabr 2022 22:23
Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın ilk qadın Baş naziri Giorgia Meloni oktyabrın 25-də parlamentin aşağı palatası olan Deputatlar Palatasının Baş Assambleyasında çıxış edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, G.Meloni çıxışında rəhbəri olduğu yeni hökumətin qısamüddətli və qarşıdakı illər üçün nəzərdə tutduğu proqramı açıqlayıb. İtaliya iqtisadiyyatının hazırda ən çətin dövrünü yaşadığını deyən Baş nazir yüksək enerji xərcləri ilə üzləşən ailələrə və müəssisələrə dəstək tədbirlərinin gücləndirilməsinə üstünlük veriləcəyini bildirib. Qeyd edib ki, hökumət 2023-cü il büdcəsi üzərində işə başlayıb, vətəndaşlar və kiçik biznes subyektləri üçün vergi güzəştləri nəzərdə tutulur.

G.Meloni İtaliyanın ətrafındakı dənizlərdə təbii qaz yataqlarının olduğunu, bu ərazilərə doğru istiqamətlənməyin vacibliyini bildirib.

O, İtaliyanın Ukrayna xalqına dəstəyini davam etdirəcəyini vurğulayıb.

Daha sonra Deputatlar Palatasında yeni hökumətə etimad səsverməsi keçirilib. G.Meloni oktyabrın 26-da isə parlamentin yuxarı palatası olan Senatın üzvlərinə müraciət edəcək, etimad səsverməsi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.