Dünya

Trampın şirkəti mühakimə olunacaq

25 Oktyabr 2022 15:32
Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftə Nyu-Yorkda ABŞ-ın keçmiş prezidenti Donald Trampın "The Trump Organization" şirkətinin məhkəməsi başlayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, o, işçilərinə az maaş vermək sxemi ilə vergidən yayınmaqda ittiham olunur.

Prokurorluğun iddiasına görə, "The Trump Organization" 15 il ərzində top-menecerlərin maaşlarını və mükafatlarını real miqdardan daha az göstərib və nəticədə onlar daha az vergi ödəyiblər.

Rəsmi ittiham vergi fırıldaqçılığı və sənədlərin saxtalaşdırılması üzrə irəli sürülüb. Trampın təşkilatını 1,6 milyon dollara qədər cərimə gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.