Dünya

NATO “çirkli bomba” iddiasını rədd etdi

24 Oktyabr 2022 23:55
Baxış: 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO Rusiyanın Ukraynanın öz ərazisində radioaktiv tərkibli "çirkli bomba" istifadə edə biləcəyi iddiasını rədd edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq sosial media üzərindən verdiyi açıqlamada qeyd edib.

O, Rusiyanın Ukraynanın "çirkli bomba" istifadə etməyə hazırlaşdığı iddiası ilə bağlı ABŞ dövlət katibi Lloyd Ostin və İngiltərə müdafiə naziri Ben Uolles ilə danışdığını bildirib.

"NATO müttəfiqləri bu iddianı rədd edir", - deyən Stoltenberq Rusiyanın bu iddianı gərginliyi artırmaq üçün bəhanə kimi istifadə etməməli olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.