Dünya

Belarus: Ukrayna bizi münaqişəyə cəlb edir

24 Oktyabr 2022 15:48
Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyev Belarusu təhrik edib, Ukrayna münaqişəsinə çəkməyə çalışır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının Beynəlxalq məsələlər daimi komissiyasının sədr müavini Oleq Qaydukeviç deyib.

"Ukrayna Ali Radasının Belarusun Rusiya tərəfindən "işğal edilmiş" kimi tanması Minski yenidən nəyəsə təhrik etmək cəhdidir. Onlar nəyin bahasına olursa-olsun, Belarusu təxribata çəkməyə və onu münaqişəyə sürükləməyə çalışırlar", - o bildirib.

Oleq Qaydukeviç qeyd edib ki, Belarus təxribatlara boyun əyməyəcək:

"Belarusun bir vəzifəsi var - sərhədi möhkəmləndirmək və arxadan Rusiyaya zərbə endirməmək. Belarus Rusiyaya heç vaxt xəyanət etməyəcək. Müstəqil olmayan Ukrayna uzun müddətdir ki, işğal altındadır, öz subyektivliyini itirib. Onlar heç nəyi həll etməyə çalışmırlar. Hətta danışıqlar masası arxasına da əyləşmirlər. Açıqca deyirlər ki, onlara amerikalılar qadağa qoyublar. Bu ölkə ilə nə danışa bilərsən?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.