Dünya

Hindistanda valideynlər uşaqları üçün tanışlıq saytlarına baxır və ulduz falı ilə onlara tərəfdaş seçirlər

23 Oktyabr 2022 13:05
Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda Hindistanda bütün nikahların təxminən 90%-i sevgi əsasında qurulmur. Ölkədə müəyyən tanışlıq proqramları olsa da, onlar digər ölkələrdəki insanların öyrəşdiyi kimi istifadə edilmir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu tətbiqlər gələcək həyat yoldaşlarını tapmaq üçün platformalardır və orada əsasən gənclərin valideynləri fəaldır. Onlar övladları üçün məlumatlar yazır və onlar üçün namizədlər seçirlər.

Bundan əlavə, bu cür xidmətlər tez-tez ulduz falı uyğunluğu ilə yoxlanılır.

Uyğunluq faizi aşağı olarsa valideynlər belə namizədi nəzərə almırlar.

Valideynlər gələcək tərəfdaşı təsdiqlədikdən sonra övladı onunla ünsiyyət qurmaq imkanı əldə edir. Bəzən bir və ya iki görüşə getməyə icazə verilir və ilk növbədə evlilik məsələsi razılaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory