Dünya

Ev iti qadını öldürdü

18 Oktyabr 2022 19:16
Baxış: 1 316
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada, Tver vilayətinin Torjok şəhərində yaşlı qadını ev iti dişləyib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin saytında məlumat verilib.

Məlumata görə, həyətlərdən birində 81 yaşlı rusiyalı təqaüdçünün meyiti tapılıb. Göstərilən ərazidə zəncirdə başqa qadına məxsus it olub.

"İt yaşlı qadına hücum edib. Aldığı bədən xəsarətlərindən sonuncu hadisə yerində dünyasını dəyişib", - məlumatda deyilir.

Müstəntiqlər şahidləri dindirməyə başlayıb, hadisə araşdırılır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.