Dünya

Avstriyadan İrana çağırış

16 Oktyabr 2022 21:14
Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriya Xarici İşlər Nazirliyi İran hakimiyyətini yanğında azı 4 nəfərin öldüyü Evin həbsxanasında məhbusların təhlükəsizliyini təmin etməyə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin Twitter hesabında bazar günü yayılan bəyanatda deyilir.

"Biz İran hökumətini Evin həbsxanasındakı bütün məhbusların, o cümlədən öz fikirlərini dinc şəkildə ifadə etdiklərinə görə haqsız yerə saxlanılanların təhlükəsizliyini təmin etməyə çağırırıq" - bəyanatda bildirilir.

Nazirlik həmçinin xatırladıb ki, bazar ertəsi Aİ xarici işlər nazirləri "İranda davam edən etirazlar kontekstində insan haqlarını pozanlara qarşı sanksiyalar qəbul etmək üçün" görüşəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.