Dünya

Türkiyə hökuməti partlayış baş verən mədəndə işləri dayandırdı

16 Oktyabr 2022 15:16
Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə hökuməti partlayışın baş verdiyi Bartın əyalətindəki kömür mədənində işləri müvəqqəti dayandırmaq qərarına gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.

"Bəzi ərazilərdə yanğınla mübarizə davam etdiyi üçün biz mədəndə işləri müvəqqəti dayandırırıq. İşlər bitənə qədər kömür hasilatı dayandırılacaq. Prokurorluq araşdırmalara başlayıb", - nazir bildirib.

Xatırladaq ki, oktyabrın 15-də Türkiyənin şimalındakı Bartın vilayətinin Amasra bölgəsindəki daş kömür mədənində partlayış baş verib. Partlayış nəticəsində 41 nəfər həlak olub, 58 nəfər xilas edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.