Rusiyada, Yekaterinburqda 28 yaşlı yerli sakin beş yaşlı ögey qızını döyərək öldürdüyü üçün ciddi rejimli koloniyada 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az bildirir ki, bu barədə vilayət prokurorluğunun rəsmi nümayəndəsi Marina Kanatova məlumat verib.
İstintaqın məlumatına görə, 2022-ci ilin yanvarında Moskva küçəsindəki evdə kişi şəxsi ədavət zəminində uşağı əlləri ilə, sonra isə kəmərlə döyüb. Qız aldığı xəsarətlərdən dünyasını dəyişib.
Rus özünü təqsirli bilməyib.
İrfan Vəliyev
Milli.Az