Dünya

Belçika parlamentinin deputatından iranlı qadınlara DƏSTƏK - Saçını kəsdi - VİDEO

7 Oktyabr 2022 11:17
Baxış: 1 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda artıq 21 gündür ki, etiraz aksiyaları keçirilir. 

Milli.Az Bizim.Media-ya istinadən dünya miqyasında qadınlar "Əxlaq" polisi tərəfindən öldürülməsinə etiraz olaraq saçlarını kəsib. 

Bu qadınlar sırasına Belçika parlamentinin İran əsilli üzvü Dərya Səfayi də qoşulub. O, İranda ümumxalq etirazlarına dəstək məqsədilə parlamentin iclasında saçını kəsib. Xanım Səfayinin bu addımı parlament üzvləri tərəfindən alqışlanıb. 

Qeyd edək ki, 22 yaşlı Məhsa Əmini "Əxlaq" polisi tərəfindən hicab bəhanəsilə döyülərək qətlə yetirilib. Gənc qızın ölümündən sonra ölkə miqyasında etiraz aksiyaları keçirilir. Nümayişlərdə 100-dən çox insan hökumət qüvvələri tərəfindən öldürülüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.